Əlillərin hüququ niyə və necə pozulur? - Nazirlər Kabineti MÜƏMMASI

Əlillərin hüququ niyə və necə pozulur? -  Nazirlər Kabineti MÜƏMMASI backend

"Son aylar əlillərin kütləvi narazılığının artmasının əsas səbəblərindən biri və birincisi Nazirlər kabinetinin "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında 2015-ci il tarixli, 413 saylı qərarıdır".  

Qaziler.az bildirir ki, bunu "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu son günlər əsl qalmaqala çevrilən əlillik dərəcələrinin müəyyənləşdirilməsi ilə bağlı yaranan ciddi narazılıqlara münasibət bildirərkən deyib.

"Həmin qərarla Nazirlər kabineti 2015-ci ildə əlilliyə səbəb olan bəzi xəstəlikləri, kodları siyahıdan çıxarıb. 5 il əvvəl əlillik alan şəxsə bu səbəbdən imtina verilir. Çünki onun əlillik xəstəliyini, diaqnozunu NK "gizlicə" siyahıdan çıxarıb! Əsas narazılıqlar da məhz burdan qaynaqlanır. Əvvəlki əsasnaməyə görə əlillik alan vətəndaş 5 il sonra pensiyası dayandırılararaq təkrar müayinəyə çağırılır. Müayinə zamanı ona deyirlər ki, daha sən əlil deyilsən! Narazılıq da bundan sonra başlayır!

Burada ən maraqlı və şübhəli məqam odur ki, NK -i bu qərarı Prezidentin "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında" 14 sentyabr 2015-ci il tarixli, 595 saylı fərmanına "əsaslanaraq"  qəbul edib. Həmin fərman isə əsasən ölkədə əlillik dərəcələrinin verilməsi və bu məsələlərin elektronlaşdırılması ilə bağlıdır. Və həmin fərmanda bu məsələ ilə bağlı NK-ə xeyli tapşırıq verilib. Amma və lakin o tapşırıqların içində əlillik səbəblərini yaradan xəstəliklərin bir hissəsi, kodların isə xeyli hissəsinin çıxarılması məsələsi ilə bağlı bir CÜMLƏ BELƏ YOXDUR!. Əcaba, bunları NK kimin tapşırığı və ya hansı hüquqi sənədlə edib? Narazılıqların kökündə bax, bu müəmma dayanır...

P.S. Burada qanunsuz yolla əlillik dərəcəsi alanlardan, Qazilərin nazirliklərlə yaranan problemindən söhbət getmir. O başqa mövzudur.

http://www.e-qanun.az/framework/31771

http://e-qanun.az/framework/30670

 

Diaspora