Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Qazilər.az-ın məlumatına görə sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı hərbi qulluqçulara Azərbaycan Respublikasının fəxri adları verilsin:“Əməkdar həkim”
Hacıyeva Tünzalə Əşir qızı – tibb xidməti polkovnik-leytenantı
“Əməkdar tibb işçisi”
Ələkbərzadə Rəna Kamil qızı – baş gizir.