İlham Əliyev Yaponiyanın İmperatoruna başsağlığı verdi

İlham Əliyev Yaponiyanın İmperatoruna başsağlığı verdi backend

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya başsağlığı ünvanlayıb.

Qazilər.az xəbər verir ki, başsağlığında deyilir: “Əlahəzrət,

Ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Diaspora