Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - RƏSMİ

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - RƏSMİ backend

Baş Nazir Əli Əsədov ölkədə karantin rejimin uzadılması barədə qərar qəbul edib.

Qaziler.az xəbər verir ki, qərarda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılsın. 2. Müəyyən edilsin ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır. 3. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin. 4. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin. 5. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.
Diaspora