Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.
Qazilər.az-ın məlumatına görə, təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Küveyt xalqına ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.Əminəm ki, Azərbaycan-Küveyt münasibətlərinin inkişafı bundan sonra da xalqlarımız arasındakı dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim sülh və rifah diləyirəm".