Prezident tapşırıq verdi: Xainlərin axtarışı davam etdirilir

Prezident tapşırıq verdi: Xainlərin axtarışı davam etdirilir backend

Gəncə hadisələrində Azərbaycanda sabitliyi pozmağa çalışan və bu məqsədlə terrora belə əl atmaqdan çəkinməyən dini ekstremist qruplaşmaların əli olması ehtimal edilir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, həmin hadisələrdə təqsirli bilinən xeyli adam artıq ələ keçirilib:

“İstintaq davam etdirilib. Bu hadisələri törədən şəxslər İranda müəyyən dini ekstrimist qruplaşmalarla bağlıdır. Bu məsələdə əlaqələndirici rol oynayan şəxsin də adı müəyyənləşdirilib. Demək olar ki, hadisələrin ümumi anatomiyası -sifarişçilər, icraedənlər bilinir. Bunlardan bəziləri isə hələ də axtarışdadır”.

Politoloq vurğulayıb ki, ölkə başçısı İlham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə də hadisələr barədə ətraflı danışıb:

“Burada Prezident istintaqın sona kimi davam etdirilməsinin vacibliyindən danışdı. Demək olar ki, istintaqın müəyyən etdiyi nəticələr mütəmadi olaraq KİV vasitəsi ilə əhaliyə çatdırılır. Bütövlükdə mən şübhə etmirəm ki, istintaq işi bütün günahkarları aşkara çıxaracaq və onların məsuliyyətə cəlb edilməsini təşkil edəcəkdir”.
Diaspora