Xalq yazıçısının 100 illik yubileyi keçiriləcək-SƏRƏNCAM

Xalq yazıçısının 100 illik yubileyi keçiriləcək-SƏRƏNCAM backend

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qaziler.az bildirir ki, Ölkə başcısı Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, dramaturq, kinossenarist və publisist, ictimai xadim, Dövlət Mükafatı laureatı, Xalq yazıçısı İmran Haşım oğlu Qasımovun anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq yazıçısının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Diaspora