Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qaziler.az saytı bildirir ki, Dövlət başcısı Ağsu rayonunun Muğanlı–İsmayıllı (7 km)–Xatman–Hacman–Kalva–Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncama əsasən dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5,8 milyon (beş milyon səkkiz yüz min) manat ayrılıb.