Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Qaziler.az saytı bildirir ki, ölkə başcısı Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncama əsasən gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə10,0 (on) milyon manat ayrılıb.