Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Qaziler.az saytı bildirir ki, Ölkə başcısı Ağstafa rayonunun Kolayır–Düzqışlaq–Mollacəfərli–Xılxına–Qarahəsənli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncama əsasən dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılıb.