Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Qaziler.az saytı bildirir ki, Ölkə başcısı İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.On iki min nəfərn yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,4 milyon (dörd milyon dörd yüz min) manat ayrılıb.