YAP-dan ilk qələbə açıqlaması və... islahat - Anonsu

YAP-dan ilk qələbə açıqlaması və... islahat - Anonsu backend

Mərkəzi Seçki Komissiyasınmın açıqladığı son məlumatalara görə, səsvermə hüququ olan vətəndaşların 3,9 milyondan çoxu seçkilərdə iştirak edib. Bu, seçicilərin 74,5 faizini təşkil edir.

Beləliklə, seçkilərin yüksək fəallıqla baş tutduğunu demək olar.

Axar.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov prezident seçkilərinin nəticələri ilə bağlı YAP-ın təşkil etdiyi mətbuat konfransında deyib. Əli Əhmədov bildirib ki, açıqlanan “ekzit-poll”un nəticələrinə görə, hazırkı prezident İlham Əliyev 80 faizindən çox səs toplayıb:

“Müxtəlif təşkilatlar “ekzit-poll” keçirib. Onların hər birində YAP-ın namizədinin 80 faizdən çox səs topladığı görünür. Bir neçə saat ərzində MSK-nın nəticələrlə bağlı ilk məlumatı açıqlanacaq. Hesab edirik ki, “ekzit-poll”un nəticələri MSK-nın açıqlayacağı nəticələrdən çox fərqli olmayacaq. Azərbaycan xalqı hər zaman olduğu kimi, İlham Əliyevin müdrik və uzaqgörən siyasətini qiymətləndirdi”.

YAP sədrinin müavini deyib ki, növbəti 7 il ərzində İlham Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında Azərbaycanda yeni iqtisadi model formalaşdırılacaq, Azərbaycanın regional siyasəti daha ciddi əsaslarla aparılacaq, dünya birliyində Azərbaycanın mövqeyi daha da güclənəcək.
Diaspora