Cavad Zərif Bakıya gəlir, daha sonra isə...

Cavad Zərif Bakıya gəlir, daha sonra isə... backend

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana gələcək.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nazir aprelin 4-də Ankarada keçiriləcək Suriya zirvəsindən sonra Bakıya səfər edəcək.

O, aprelin 5-6-da Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında iştirak edəcək.

Konfransdan sonra M.C.Zərif Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun dəvəti ilə Naxçıvana yollanacaq.
Diaspora