Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Qaziler.az saytı xəbər vrir ki, Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin suya tələbatını təmin etmək ücün 2018-ci ildə 300 ədəd subartezian quyusunun istifadəyə verilməli olduğu qeyd olunub.Dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 21,0 (iyirmi bir) milyon manat ayrılıb.