Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Ölkə başcısı Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Qaziler.az saytı xəbər verir ki, Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi, əsaslı təmiri və tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 100,0 (yüz) milyon manat ayrılıb.