Prezident İlham Əliyev İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.
Qaziler.az xəbər verir ki, Prezidentin Sərəncamına əsasən 2018-ci il dövlət büdcəsindən 19,9 milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.Sərəncamda qeyd olunub ki, ölkədə vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə həyata keçirilməsi məqsədilə bugünədək 12 “ASAN xidmət”, 2 “ASAN Kommunal” və 3 “ABAD” mərkəzinin fəaliyyəti təşkil edilib. Vahid standartlar çərçivəsində idarə olunan mərkəzlərin fəaliyyəti ilə əlaqədar 3 minədək vətəndaşın məşğulluğu təmin edilib, 13 mindən çox gənc mərkəzlərdə könüllü fəaliyyətinə cəlb edilib.
“ASAN Həyat” kompleksləri tərkibində yeni iş yerləri yaradılıb, “ABAD” mərkəzləri özünüməşğulluq proqramlarının icrasına öz töhfəsini verib. Ümumilikdə, “ASAN” mərkəzləri vasitəsilə 19 milyondan çox vətəndaş müraciəti cavablandırılıb, xidmətlərin göstərilməsində vətəndaş məmnunluğu daima yüksək səviyyədə saxlanılıb.
Qaziler.az