Suriyada vətəndaşların əziyyət çəkməsinə səbəb olan müharibə cinayətkarları cəzalandırılacaq.
Axar.az xəbər verir ki, bu sözləri BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Zeyid Raad əl-Hüseyn deyib."Vətəndaşlar ya boyun əyməyə, ya da ölümə məcbur edilir. Bu cinayətlərin icraçıları kimliklərinin müəyyən edildiyini bilməlidirlər, cəzalandırılmaları dəlillər toplanır, buna görə hesab verəcəklər", - Hüseyn söyləyib.