Putin Zakir Həsənovla görüşdü

Putin Zakir Həsənovla görüşdü backend

Rusiya prezidenti Vladimir Putin bu gün Vətən Müdafiəsi Gününə həsr edilmiş təntənəli gecədə bir sıra ölkələrin, o cümlədən Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, ölkə başçısı Kreml dövlət sarayında təntənəli gecəyə dəvət olunmuş Azərbaycan, Venesuelan, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkista, Belorussiya, Qırğızıstan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Azərbaycan nümayəndə heyətini gecədə müdafiə naziri Zakir Həsənov təmsil edib.

Vladimir Putin hərbi qulluqçuları, mülki personalı və Silahlı Qüvvələrin veteranlarını bayram münasibətilə təbrik edib.



Diaspora