Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2018–2020-ci illər üzrə İş Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2017-ci il dekabrın 7-də Vyana şəhərində imzalanmış 2018–2020-ci illər üzrə İş Proqramı təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən İş Proqramının müddəalarının həyata keçirilməsini təmin etsin.
***
İlham Əliyev R.F.İsmayılovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rəşad Fail oğlu İsmayılov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.
***
İlham Əliyev P.C.İsmayılzadənin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Pərviz Cəfər oğlu İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.
***
İlham Əliyev S.M.Ağabəyovun Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sabir Məmməd oğlu Ağabəyov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
***
İlham Əliyev R.Ş.Rzayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncamda deyilir:
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
***
İlham Əliyev T.Ə.Abdullayevin Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tofiq Əlövsət oğlu Abdullayev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
***
İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Həsənov Vəzir Həsən oğlu
Məmmədov Asəf Səttar oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Daşqın Malik oğlu
Həsənov Anar İsa oğlu
Rəsulov Məsum Eynalı oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Əliyev Fərid Əlibaba oğlu
Əliyev Rafael Rza oğlu
Həbibbəyli Səhət İsa oğlu
Kurapova İra Anatolyevna
Quliyev Bəhruz Faiq oğlu
Mahmudov Nicat Nazim oğlu
Nəbiyeva İsmira Abbas qızı
Nəzərov Şahin Həsən oğlu
Usubov Fərid Cəbrayıl oğlu
Vəliyev Fuad Vəli oğlu
Zalov Rəşad Oruc oğlu.
***
İlham Əliyev İ.Ə.Hacıyevin Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepal Federal Demokratik Respublikasında, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
İbrahim Əsəd oğlu Hacıyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepal Federal Demokratik Respublikasında, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.