Azərbaycanda neçə məscid, ziyarətgah, pir, kilsə və sinaqoq var?

Azərbaycanda neçə məscid, ziyarətgah, pir, kilsə və sinaqoq var? backend

Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 793 dini qurum qeydiyyatdan keçib.

Virtualaz.org Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, konfessional baxımdan dini qurumların 765-i İslam, 28-i isə qeyri-islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.

Ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Həmçinin Azərbaycan ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.
Diaspora