Tarixində ilk dəfə olaraq bu gün Qazaxıstan BMT Təhlükəsizlik Şurasının sədri olub.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Qazaxıstanın bu statusda prioritetləri nüvə silahı olmadan sülhə nail olmaq, qlobal müharibə təhlükəsini dəf etmək, lokal münaqişələri həll etmək, terrorizmə qarşı mübarizə aparmaqdır.Qazaxıstanın həmçinin BMT-nin XXI əsrin tələblərinə cavab verməsi üçün də çalışacağını açıqlayıb.
Qeyd edək ki, Qazaxıstan tarixində ilk dəfə BMT TŞ-yə rəhbərlik edir. BMT TŞ-nin müvəqqəti üzvü olan Astana sədrliyi yanvarın 31-nə qədər davam edəcək.