İki il ərzində Nardaran sakinlərindən 88 tüfəng, 34 qumbara, 12 avtomat, 15 tapança və digər sursatlar götürülüb - RƏSMİ

İki il ərzində Nardaran sakinlərindən 88 tüfəng, 34 qumbara, 12 avtomat, 15 tapança və digər sursatlar götürülüb - RƏSMİ backend

QAZILER.AZ saytı xəbər verir ki, bunu APA-ya müsahibəsində Sabunçu rayon Polis İdarəsinin rəisi, Nardaran əməliyyatının iştirakçısı, polis polkovniki Eldar İlyasov deyib.

Müsahibə zamanı E.İlyasov digər maraqlı faktlar da deyib. Onu oxucularımızın diqqətinə çatdırırıq:

• Nardaranda gənclərin heç biri əsgər getmirdi. Həyata keçirilən tədbirlərlə 2016-cı ildə hərbi çağırışdan yayınan 765 nəfərdən 761 nəfərinin hərbi xidmətdə iştirakı təmin olunub. Bu il isə çağırışdan yayınan 660 nəfərdən 620-nin hərbi xidmətə getməsi təmin edilib.

• Əvvəlki illərdə Nardaran sakinləri hərbi xidmətdən yayınırdılar. Bu qəsəbədə gənclərin heç biri əsgər getmirdi. Həyata keçirilən tədbirlərlə 2016-cı ildə hərbi çağırışdan yayınan 765 nəfərdən 761 nəfərinin hərbi xidmətdə iştirakı təmin olunub. Bu il isə çağırışdan yayınan 660 nəfərdən 620-nin hərbi xidmətə getməsi təmin edilib. Qalanları müxtəlif səbəblərə görə hərbi xidmətə düşməyənlərdir.

• Son hadisələrə qədər Nardaranda cinayət törədən şəxslər məsuliyyətdən yayınırdı. Kimsə kiməsə bıçaqla xəsarət yetirdikdə onlar bunu öz aralarında həll edirdilər. Bunların “qanun”ları ilə bıçaqlanan şəxs sağaldıqdan sonra onu bıçaqlayanı bıçaqlamalıydı, bununla da iş bitirdi.

• Nardaran sakinləri 2015-ci ilədək birmənalı olaraq kommunal xərcləri ödəmirdilər. Qəsəbə sakinləri ilə aparılan profilaktiki tədbirlər nəticəsində 2016-cı ildə 43 min 608 manat, bu il isə 13 min 819 manat (ümumilikdə 54 min 427 manat) dövlət nəfinə pul ödəyiblər.

• Baş verən cinayət hadisələrinin 96 faizinin açılması təmin edilib. Son hadisələrdən bu günədək (2016-2017-ci illər) qəsəbədə 5291 nəfər polis tərəfindən qəbul edilib, 896 nəfərin şikayət və ərizəsinə baxılıb. Son iki ildə Daxili İşlər Nazirliyinin “102” xidmətinə Nardaran qəsəbəsindən 306 müraciət daxil olub.


• 2015-ci il noyabrın 30-u daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov bizə göstəriş verdi ki, Nardaran sakinləri ilə danışın silahları təhvil versinlər. Rayonun icra başçısı və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə biz onları görüşə dəvət etdik. Onlara başa salmağa çalışdıq ki, sakinlərdə olan silahları polisə təhvil vermək lazımdır. 2015-ci il dekabrın 1-dən 27-dək keçirilmiş tədbirlər nəticəsində 32 nəfər Nardaran sakini saxlanılaraq onlardan 22 ədəd qumbara, 5 ədəd “AK” avtomatı, 361 ədəd patron, 2 ədəd tapança, 10 ədəd molotov kokteli, 7 ədəd bıçaq, 2 ədəd "obrez", 4 ədəd ov tüfəngi, 1 ədəd fişəng tapança, 1 ədəd kustar üsulla hazırlanmış “3C” partlayıcı, 1 ədəd qələm tapança, 2 qutu barıt, 1 qutu alışdırıcı patron, 1 ədəd beşbarmaq, 1 ədəd “TT “markalı tapança və 6 patron könüllü olaraq təhvil alınıb.

• 2016-ci ildə sakinlərdən 5 ədəd avtomat, 6 ədəd tapança, 41 ədəd ov tüfəngi, 6 ədəd molotov kokteli, 2 ədəd sandıqça, 2 ədəd daraq, 3 ədəd “F1” əl qumbarası, 28 ədəd qumbara alışqanı və 269 ədəd müxtəlif çaplı avtomat güllələri götürülüb.

• Bu il isə həyata keçirilən profilaktiki tədbirlər nəticəsində Nardaran sakinlərindən 2 ədəd avtomat, 2 ədəd sandıqça, 6 ədəd tapança, 39 ədəd ov tüfəngi, 2 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 9 ədəd əl qumbarası, 10 ədəd alışqan, 1 ədəd “TT” markalı tapançaya məxsus sandıqça, 1 ədəd daraq və 820 ədəd müxtəlif çaplı avtomat güllələri aşkar edilərək götürülüb.



• 2016-cı ildə Nardaranda narkotiklərlə bağlı 14 fakt aşkar edilib. Onlardan 12 fakt narkotik vasitələrdən istifadə və 2-si isə becərilmə olub.

• 2017-ci ildə isə narkotiklərlə bağlı 20 fakt aşkar edilib ki, onlardan 13-ü istifadə, 5-i becərilmə, 2-si satış təşkil edib.

• Ötən müddət ərzində Nardaranda qeydiyyata düşməyən 20 ədəd yük maşının olması müəyyən edilib və həyata keçirilən tədbirlər nəticəsində həmin avtomobillərin dövlət qeydiyyatına alınması təmin edilib.

• Nardaran əvvəlki Nardaran deyil. Orada bir sıra infrastruktur və yenidənqurma işləri aparılıb və proses davam etməkdədir. Son iki ildə Nardaranda 6 sosial obyekt tikilib. Bura 42-ci Polis Bölməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin yerli bölməsi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Evi, İşıq İdarəsi, Sabunçu rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəliyi, ATS və poçt binası daxildir. Hazırda Nardaranda “ASAN Xidmət” üçün bina inşa olunur və yaxın zamanlarda qəsəbə sakinləri bu xidmətdən yararlana biləcəklər.

• Əvvəllər Nardaranda heç kim işləmirdi. Hamı küçədə-bacada vaxt keçirməklə məşğul idi. Əksəriyyəti həyətində narkotik becərib satırdı. Bu gün isə vəziyyət dəyişib. Nardaran sakinləri görürlər ki, işıq pulunu, qaz pulunu ödəmək üçün işləmək lazımdır. Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin bilavasitə köməkliyi ilə bu günədək 300-dən çox Nardaran sakini işlə təmin olunub. Onu da deyə bilərəm ki, Nardaran sakinləri arasında polisə ictimai dəstək verən şəxslər də var.
Diaspora