Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına Balaxanı Sənaye Parkı barədə məlumat verdi.
Dövlətimizin başçısı Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev burada yaradılan sənaye müəssisələri ilə tanış oldu.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Azərbaycan Prezidenti Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış oldu.