“Abşeron” yatağının işlənmə müddəti 40 ilədək uzadıldı

“Abşeron” yatağının işlənmə müddəti 40 ilədək uzadıldı backend

Prezident İlham Əliyev Milli Məclisin noyabrın 24-də qəbul etdiyi "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiq edib.

Qaziler.az xəbər verir ki, sənəd Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC İnternational ProjectCo 1RSC Limited" şirkətləri arasında imzalanmış saziş dəyişdirilib və yeni redaksiyada tərtib olunub.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda "Abşeron" Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2009-cu ildə imzalanıb. 2026-cı ildə qəbul edilmiş və yataqda dörd yeni quyunun işlənməsini nəzərdə tutan Tammiqyaslı İşlənmə Layihəsi üzrə Yekun İnvestisiya Qərarına əsasən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və podratçı tərəflər sazişi yeni redaksiyada hazırlayıb. Yeni redaksiya üzrə əsas dəyişiklik işlənmə və hasilat dövrünün otuz ildən qırx ilədək uzadılmasıdır. Bu uzadılma Tammiqyaslı İşlənmə üzrə 4-cü quyunun işlənməsi və onun yaratdığı dəyərin reallaşdırılması ilə bağlıdır.