Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşım edilib.
Paylaşımda deyilir: “Hörmətli Prezident Donald Tramp,
Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin başlanması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm”.

