Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu oldu - SƏRƏNCAM

Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu oldu - SƏRƏNCAM backend

Prezident İlham Əliyev "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

Qaziler.az xəbər verir ki, Sərəncamla Azıx və Tağlar mağara düşərgələrinin ərazisi "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu elan edilib.

Nazirlər Kabineti üç ay müddətində Qoruğun əsasnaməsini təsdiqləməli, Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyən etməlidir.

Nazirlər Kabineti, həmçinin Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Prezidentinə məlumat verəcək. Bundan başqa, Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görəcək.

Mədəniyyət Nazirliyi isə Qoruğun idarə olunmasını təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.