Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər.
Qaziler.az-ın trend-ə istinadən məlumatına görə, əklil mərhumun Rus Dram Teatrında keçirilən vida mərasiminə qoyulub.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, Mədəniyyə Nazirliyinin məsul şəxsləri, xalq artistləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra Xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.

