Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gedib.

