Prezidentdən Qurban Qurbanovla bağlı SƏRƏNCAM

Prezidentdən Qurban Qurbanovla bağlı  SƏRƏNCAM backend

Azərbaycan Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanovun "Dostluq" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Qaziler.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilsin".