Bolqarıstanın Veliko Tırnovo şəhərində "Şuşa Parkı" salınacaq.
Qaziler.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il fevralın 11-də Sofiya şəhərində imzalanmış "Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Hökumətinə bildiriş göndərməlidir.



