Prezident İlham Əliyev Vaşinqtonda baş verən atışma ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Vaşinqtonda baş verən atışma ilə bağlı paylaşım edib backend

Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı.

 

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev X-da paylaşımında bildirib.

 

“Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 

Qeyd edək ki, Vaşinqtonda prezident Donald Trampın iştirakı ilə Ağ Evin müxbirləri üçün təşkil olunan rəsmi şam yeməyi zamanı Washington Hilton otelində atışma baş verib.

 

Hadisə nəticəsində Məxfi Xidmətin bir əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib.

 

Atışma zamanı Tramp xəsarət almayıb. O, Birinci xanım Melaniya Tramp və ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə birlikdə dərhal təxliyə olunub.

 

Rəsmi məlumata görə, hücum edən şəxs Kaliforniya ştatından olan 31 yaşlı kişidir.

 

Saxlanılan şəxs aprelin 27-də ilk dəfə məhkəmə qarşısına çıxarılacaq.