Azərbaycan Respublikası Prezidenti “Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Qaziler.az "AZƏRTAC"a istinadla Prezidentin Fərmanın icrası ilə əlaqədar qərarını təqdim edir:
1. “Qaçqın və köçkünlərin məskunlaşdığı düşərgələrdə idarəetmə sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 17 sentyabr tarixli 207 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 257 (Cild I) 2-ci hissəsində “hakimiyyətinin nümayəndəsi, nümayəndənin müavini, nümayəndəliyin katibi” sözləri “hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçi–ev təsərrüfatlarının uçotu işinin aparıcısı, xadimə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440 (Cild I); 2024, № 5 (I kitab), maddə 526; 2025, № 5, maddə 444, № 9, maddə 817; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 624 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1.8.4-cü abzasda “orqanlarının” sözü “başçılarının” sözü ilə əvəz olunsun, həmin abzasa ikinci halda “dairələri” sözündən sonra “üzrə” sözü əlavə edilsin və həmin abzasdan ikinci halda “, böyük məsləhətçi, aparıcı məsləhətçi” sözləri çıxarılsın;
2.2. 2.3.4-cü yarımbənd üzrə:
2.2.1. 3-cü abzasdan “, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində” sözləri çıxarılsın və həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
2.2.2. aşağıdakı məzmunda 4-cü abzas əlavə edilsin:
“4. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində aparıcı mütəxəssis.”.
3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 508 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 892 (Cild I) ilə təsdiq edilmiş “Yerli icra



