Aleksandar Vuçiç İlham Əliyevə zəng edib

Aleksandar Vuçiç İlham Əliyevə zəng edib backend

Aprelin 19-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Qaziler.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, regionun təhlükəsizliyi və inkişafı üçün əsas şərtlərdən biri kimi sülhün və sabitliyin bərpasının vacibliyini bir daha qeyd ediblər.