İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib - FOTO

İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib -  FOTO backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı Memorialın önünə əklil qoyub.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.