Prezidentdən adları "Qızıl kitab"a yazılmış gənc istedadlarla bağlı SƏRƏNCAM

Prezidentdən adları "Qızıl kitab"a yazılmış gənc istedadlarla bağlı  SƏRƏNCAM backend

Prezident İlham Əliyev Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.

Qaziler.az bununla bağlı Prezident.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, adları "Qızıl kitab"a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 61 847 manat vəsait ayrılıb.