Prezident Fərman imzalayıb

Prezident Fərman imzalayıb backend

Prezident İlham Əliyev "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

"Report" xəbər verir ki, Fərmanla "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi"nə yeni məzmunda yarımbənd əlavə edilib.

Belə ki, yeni 3.1.16-3-cü yarımbəndə əsasən, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna uyğun olaraq, qoruqların ərazilərində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda onların yerləşdiyi ərazidə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə icazə verməlidir.

Eyni mövzuda "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi haqqında Əsasnamə"yə də 3.0.33-2-ci yarımbənd əlavə olunub.