İlham Əliyev Litva Prezidentini təbrik edib

İlham Əliyev Litva Prezidentini təbrik edib backend

Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.

 

Qaziler.az-ın məlumatına görə, təbrikdə deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Azərbaycan ilə Litvanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

 

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".