Dövlət xidmətləri pozuntularına görə inzibati məsuliyyət yaradan qanun layihəsi hazırlanacaq

Dövlət xidmətləri pozuntularına görə inzibati məsuliyyət yaradan qanun layihəsi hazırlanacaq backend

"Dövlət xidmətləri haqqında" qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi hazırlanacaq.

Qaziler.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla həmçinin Nazirlər Kabinetinə "Dövlət Xidmətlərinin Elektron Reyestri" informasiya sisteminə daxil ediləcək məlumatların siyahısını, onun əsasnaməsini və dövlət xidmətinin reqlamentinin nümunəvi formasını hazırlamaq tapşırılıb.