Azərbaycan Prezidenti Mahmud Abbasla görüşüb

Azərbaycan Prezidenti Mahmud Abbasla görüşüb backend

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.

Apa xəbər verir ki, Azərbaycan və Fələstin liderləri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində görüşüblər.

Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.