Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib backend

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

10:17

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb.

Qaziler.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Səfər proqramına uyğun olaraq Bakıda Ali Dövlətlərarası Şuranın ikinci iclası və digər yüksəksəviyyəli tədbirlər keçiriləcək.

Mirziyoyev, həmçinin, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.

Diaspora