Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncama əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98794 (doxsan səkkiz min yeddi yüz doxsan dörd) manat məbləğində vəsait ayrılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.