Bəzi dövlət agentliklərində qalıq vəsait əməkdaşlara mükafat kimi veriləcək - FƏRMAN

Bəzi dövlət agentliklərində qalıq vəsait əməkdaşlara mükafat kimi veriləcək -  FƏRMAN backend

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də, "Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi"ndə, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"ndə, "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi"ndə və "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

Dəyişikliklə rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyəti genişləndirilib. Bundan sonra nazir dövlət büdcəsindən ayrılmış vəsaitlə yanaşı, büdcədənkənar vəsaitin də təyinatı üzrə xərclənməsini təmin edəcək.

Bundan başqa, fərmanla tabeli agentliklərin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.

Diaspora