Ceyhun Bayramov Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə edib

Ceyhun Bayramov Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə edib backend

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Krallığın xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə geniş tərkibdə görüşü keçirilib.

Qaziler.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.

Bildirilib ki, tərəflər iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, enerji, eləcə də, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyini müzakirə ediblər.

Gündəliyə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri də daxil edilib.

Ceyhun Bayramov regionda münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı vəziyyəti, mövcud problemlər, o cümlədən, Ermənistanın konstitusiyasında təsbit olunmuş ərazi iddialarının davam etməsi barədə ətraflı məlumat verib.

Diaspora