Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib backend

2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Qaziler.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, ötən ilin noyabrın 15-də Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan saziş imzalanıb. Sənədi Azərbaycan tərəfindən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyə tərəfindən isə Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıb.

Sazişdə ölkələr arasında qonaqpərvərlik, turizm sahəsi və qanunvericiliyi istiqamətində məlumat mübadiləsi, turizm statistikasının təkmilləşdirilməsi, qastroturizm, turizm təhsili sahəsində əməkdaşlıq və investisiya təşviqinin əsasları kimi məsələlər xüsusi vurğulanıb.

Həmçinin, sazişdə mediatur, infotur, tədbir və seminarların təşkili, birgə səyahət marşrutunun inkişaf etdirilməsi, qarşılıqlı təbliğat və marketinq fəaliyyəti ilə turist axınını artırmaq, təbii və mədəni irsin qorunması, eləcə də tanıdılması istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı mövzular əksini tapıb.

Diaspora