Prezident Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdi

Prezident Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdi backend

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoruna təbrik məktubu göndərib.

QAZİLER. AZ  AZƏRTACC-a istinadən məktubun mətnini təqdim edir:

Avstraliya İttifaqının General-Qubernatoru t Zati-aliləri xanım Samanta Mostinə

Hörmətli xanım General-Qubernator.

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, dövlətlərarası münasibətlərərimizin və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 yanvar 2025-ci il

 

 

Diaspora