Nazirliyin əməkdaşları arasında “Breyn Rinq” intellektual yarışı keçirilib

Nazirliyin əməkdaşları arasında “Breyn Rinq” intellektual yarışı keçirilib backend

Dövlət Sosial Müdafiə Fondunun komandası yarışın qalibi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında Nazirliyin 106 illiyinə həsr olunmuş “Breyn Rinq” intellektual yarışı keçirilib.

QAZÍLER.AZ  bildirir ki, nazirliyin Aparatının rəhbəri və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Musayev Komitənin dəstəyi ilə təşkil olunan yarış barədə məlumat verib. Nazirlik və qurumları üzrə 78 əməkdaşın iştirak etdiyi yarışda hər birində 6 əməkdaş olmaqla 13 komandanın intellektual bacarıqlarını nümayiş etdirdiyi qeyd edilib.

Maraqlı mübarizə şəraitində keçən yarışın bütün mərhələləri üzrə komandaların topladığı xallar hesablanaraq qalib komanda müəyyən olunub. 

Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) komandası yarışın qalibi olub. Mükafatlandırma mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak ediblər.  

S.Babayev 1918-ci il dekabrın 26-da yaradılan nazirliyin keçdiyi inkişaf yolunu qeyd edib. Ulu Öndər Heydər Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısının dövlətimizin güclü sosial siyasətinin formalaşmasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə də məqsədyönlü tədbirlərin həyata keçirilməsinə imkan yaratdığını qeyd edib. O, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq nazirliyin fəaliyyət sahələrində islahatların ardıcıl xarakter aldığını bildirib. Dövlət başçısının yeni Sərəncamı ilə daha bir sosial islahat paketi olaraq 2025-ci ildə sosial ödənişlərdə növbəti artımların ediləcəyini vurğulayıb. 

Nazirliyin son illər həyata keçirdiyi sosial islahatların uğurlarının təkcə bu il 100-dən çox beynəlxalq mükafata layiq görüldüyü diqqətə çatdırılıb. Nazirlik əməkdaşlarının idman yarışlarında fəal iştirakı, Nazirliyin qurumları arasında keçirilən idman yarışları qeyd olunub. Müharibə ilə əlaqədar əlilliyi olan, yüksək texnologiyalı protezlərlə təmin edilmiş şəxslər arasında mütəmadi idman yarışlarının da təşkil edildiyi vurğulanıb.

 “Breyn Rinq” intellektual yarışının təşkil olunmasının da əməkdaşların dünyagörüşünün, intellektual səviyyəsinin, analitik düşüncə bacarığının inkişafını stimullaşdırmaq məqsədi daşıdığı bildirilib. Digər çıxış edənlər bu kimi yarışların bilik səviyyəsinin artırılmasında, analitik düşünmə qabiliyyətinin inkişafında önəmini qeyd ediblər.

Yarışın qalibi olan DSMF-nin komandasına medal və diplomlar təqdim olunub.

Diaspora