Nazirliyin 2 rəqəmsal layihəsi ABŞ-də yerləşən beynəlxalq qurumun müsabiqəsinin qalibləri olub

Nazirliyin 2 rəqəmsal layihəsi ABŞ-də yerləşən beynəlxalq qurumun müsabiqəsinin qalibləri olub backend

DOST RİM isə digər beynəlxalq müsabiqədə qalib seçilərək qızıl mükafata layiq görülüb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portal və “Proaktiv xidmət mexanizmi” layihələri ABŞ-də yerləşən “International Data Corporation” (IDC) beynəlxalq qurumunun müsabiqəsinin qalibləri siyahısında yer alıblar. https://www.idc.com/getdoc.jsp?containerId=prUS52692124 

Nazirlikden QAZÍLER.AZ-a verilen melumata göre, en uğurlu rəqəmsal təcrübələri tanıtmaq və təbliğ etmək məqsədi daşıyan müsabiqəyə ABŞ, İspaniya, Türkiyə, Misir, Böyük Britaniya, Finlandiya, BƏƏ, Küveyt də daxil olmaqla bir çox ölkələrdən 900-dən çox layihə təqdim edilib. Onlardan 32-i qaliblər siyahısında yer alıb.

Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) isə ABŞ-də keçirilən “XII illik beynəlxalq 2024 Globee Liderlik Müsabiqəsi”ndə növbəti uğurunu qazanıb. DOST RİM müsabiqənin “İlin Rəqəmsal Transformasiya Liderliyi” kateqoriyası üzrə qızıl mükafatına layiq görülüb.

Diaspora