Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri noyabrın 6-da başa çatıb.
"Report" xəbər verir ki, Bişkek şəhərinin “Manas 2” Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər yola saldılar.
                                                
                    
                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
