İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib - YENİLƏNİB backend

Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirildiyini, əlaqələrin uğurla inkişaf etdiyini bildirdi.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iclasda çıxış etdi və 1941-1945-ci illər müharibəsində Qələbənin 80 illiyi ilə bağlı MDB xalqlarına və dünya ictimaiyyətinə birgə müraciəti oxudu.

Sonra Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edərək MDB ölkələrinin parlamentlərarası əlaqələrindən, görüləcək işlərdən, nəzərdə tutulan layihələrdən danışdı.

Daha sonra sənədlər imzalandı.

Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatdı.

18:31

Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Diaspora