Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM

Prezident general-mayoru rütbəsindən məhrum edib -  SƏRƏNCAM backend

Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib.

QAZİLER.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncam Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatı əsas götürülərək imzalanıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov ötən il Dövlət Təhlükəsizliyi Xidmətində (DXT) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvətalmada təqsirləndirilən general haqda həbs qətimkan tədbiri seçilib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökmünə əsasən, Tofiq Həsənova ittiham edildiyi 179-cu (mənimsəmə) maddəsi ilə ziyan ödənildiyinə görə xitam verilib. Həsənov külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. Təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir.

Diaspora